Bitkoin və “Ethereum” kriptovalyutaları bahalaşıb

Baş səhifə

Bakı. Trend:

Kapitallaşma baxımından ilk iki kriptovalyutanın – “Bitcoin” və “Ethereum”un qiymətinda artım olub.

Trend-in məlumatına görə, bu barədə “Binance” ticarət
platformasında məlumat verilib.

Məlumata əsasən, 18 noyabrda Bitcoin 1,48 faiz artaraq 92.916
min dollara çatıb. Saat 01:42-də “Bitcoin” artımını 92.732 min
dollara (+0,91%) qədər zəiflədib.




“Ethereum”un qiyməti 5,19 fauz artaraq 3136 dollara çatıb. Saat
01:42-yə qədər kriptovalyutanın artımı yavaşlayıb və 3109 dollara
(+3,32 faiz) çatıb.

“Coinmarketcap”in 19 noyabr üçün məlumatına əsasən,
kriptovalyuta bazarının ümumi kapitallaşması 3,19 trilyon dollar
təşkil edib. Bunun 1,858 trilyon dolları (58,4%) bitkoin, 376,927
milyard dolları (11,8%) isə “Ethereum”un payına düşüb.