ABŞ təbii qazının ilk partiyası Litva vasitəsilə Ukraynaya göndərib.
“Report”un xəbərinə görə, bu barədə ABŞ-nin Ukraynadakı Səfirliyinin Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
“Dünən Klaypedaya (Litva şəhəri – red.) ABŞ-nin mayeləşdirilmiş təbii qazının (LNG) bir partiyası çatıb, onun bir hissəsi emal edilərək Ukraynaya göndəriləcək”, – paylaşımda bildirilir.
Qeyd olunur ki, bu, Litva üzərindən Ukraynaya daxil olan ilk təbii qaz partiyası olacaq.
“Klaypedada emal olunan qazın 75 %-dən çoxu ABŞ-dən gəldiyindən, regionda etibarlı enerji təchizatını təmin etmək üçün Litva ilə tərəfdaşlıq edirik”, – səfirlik izah edib. Diplomatik qurum əlavə edib ki, Amerika təbii qaz təchizatı ABŞ-nin və onun tərəfdaşlarının milli təhlükəsizliyini gücləndirir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

