İspaniya Ukraynaya 600 milyon avrodan çox yardım ayırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

İspaniya Ukraynaya əlavə yardım olaraq 615 milyon avro ayırmağı
planlaşdırır.

Trend-in məlumatına görə bu barədə İspaniyanın baş naziri Oedri
Sançes deyib.




Bu vəsaitin əsas hissəsinin hərbi yardım üçün istifadə edilməsi
planlaşdırılır. Xüsusilə, Madrid Ukrayna üçün ABŞ-dən təcili silah
alınmasına 100 milyon avro xərcləyəcək. Bundan əlavə, Madrid
ölkənin döyüşlərdən zərər çəkmiş ərazilərinin yenidən qurulmasına
202 milyon avro ayıracaq.