“Kəpəz” millinin sabiq qapıçısını transfer etdi

Baş səhifə

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Gəncə təmsilçisindən Metbuat.az-a verilən məlumata görə, “sarı-göylər” qapıçı Yusif İmanovu heyətinə qatıb.

23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, İmanov son olaraq Kosovonun “Malişeva” klubu ilə sözləşmə imzalamışdı. O, bir müddət Azərbaycan millisinin şərəfini qoruyub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.