İskender Böyük “Uzak Şehir” serialına daxil edilir –

Baş səhifə

“Kurtlar Vadisi Pusu”da serialındakı “İskender Böyük” obrazı ilə tanınan aktyor Musa Uzunların “Uzak Şehir” serialında rol alacağı barədə iddialar dərc edilib.

Metbuat.az xəbər verir ki, Türkiyənin bəzi media portallarında paylaşılan iddialara görə, Musa Uzunlar serialda “Alya” adlı qadın baş qəhrəmanın atası rolunu canlandıracaq. Hətta bəzi mənbələr, aktyorun layihəyə razılıq verdiyi və danışıqların məhsuldar olduğu barədə xəbərlər dərc edib.

Qeyd edək ki, Musa Uzunların hal-hazırda Haliç və Yeditepe Universitetlərində təlimçi kimi fəaliyyət göstərdiyi və teatr, kino və dublyaj işləri ilə məşğul olduğu irəli sürülür.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.