
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev “X” hesabında Zəngəzur dəhlizindən video
paylaşıb.
Trend xəbər verir ki, paylaşımda qeyd olunub:
“Zəngəzur Dəhlizi — Araz çayı üzərindəki Ağbənd–Kəlalə
körpüsündə.
Şanxaydan Londona uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind
okeanını Şimal dənizi ilə və Fars körfəzini Qara dənizlə
birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutlarının kəsişdiyi əsas
beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm qovşaq və
kəsişmə nöqtəsidir”.


