Saytlarda yaranan problemin səbəbi nədir? – Mütəxəssis açıqladı

Baş səhifə

Bakı.Trend:

Bu gün Azəebaycanda əksər saytlara girişdə çətinlik yaranıb.
Saytlarla yanaşı “X” sosial şəbəkəsinə də girişdə problem müşahidə
edilib.

Mövzuyla bağlı Trend-ə açıqlamasında İT mütəxəssisi Fərid Pərdəşünas
bildirib ku, problem qlobal xarakterlidir.

Onun sözlərinə görə, “Cloudflare” servisini istifadə edən
saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr
baş verib:

“”Cloudflare” beynəlxalq miqyasda etibarlı, güclü, DDOS
hücumlarına qarşı qoruma təklif edən, “content delivery network” və
DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS
hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün “Cloudflare” istifadə edən resurslar təsirlənib”.

Mütəxəssis qeyd edib ki, dövlət saytları (gov .az) yaranan
problemdən təsirlənməyib:




“Bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal
qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə
ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan
təsirlənmirlər”.

O, “Cloudflare”in çökməsinin səbəbini belə izah edib:

“”Cloudflare” servisində “gözlənilməz trafik artımı” qeydə
alınıb. Şirkət bunu “spike in unusual traffic”, yəni anormal trafik
sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün
balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb
olub”

Mütəxəssis vurğulayıb ki, “Cloudflare” qlobal internet
infrastrukturunda əsas rollardan birini oynayır və internet
trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də
yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə
gətirib çıxarıb.