Azərbaycanla əməkdaşlıq üçün daha çox imkanlar olacaq – Ruandanın innovasiya naziri

Baş səhifə

Bakı. Trend:

Azərbaycanla əməkdaşlıq üçün daha çox imkanlar olacaq.

Bunu Trend
Ruandanın innovasiya naziri Yves İradukunda Bakıda keçirilən
Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25)
çərçivəsində deyib.

O, əvvəlcə Azərbaycan barədə təəssüratlarını bölüşüb:

“Biz burada böyük qonaqpərvərlik və maraqlı müzakirələr gördük.
Xüsusilə dövlət rəsmiləri ilə görüşlərimiz çox uğurlu oldu. Bu
yaxınlarda Ruanda prezidentinin Azərbaycana səfər baş tutmuşdu. Bu
səfər çərçivəsində Azərbaycanla xidmətlərin rəqəmsallaşdırılması,
innovasiya, kosmik sektor və digər sahələrdə əməkdaşlıq müzakirə
edilib”.




Nazir Azərbaycanla telekommunikasiya sahəsində əməkdaşlıq
imkanlarından da danışıb:

“Biz Azərbaycan Respublikasının rəqəmsal inkişaf, innovasiya və
texnologiya sahəsindəki nailiyyətlərini görməkdən çox məmnunuq. Bu
həftə burada, mən və nümayəndə heyətim bir sıra şirkətlərə səfər
edəcəyik və əməkdaşlığı davam etdirəcəyik”.

“Azərbaycan Respublikasının inkişafını görməkdən məmnunuq. İlkin
söhbətlər əsasən xidmətlərin rəqəmsallaşdırılması, innovasiya və
həmçinin kosmik texnologiyalar ətrafında gedir. Amma əminəm ki,
Azərbaycanla əməkdaşlıq üçün daha çox imkanlar olacaq”, – deyə
nazir vurğulayıb.