Aİ qlobal rəqəmsal transformasiyaya 306 milyard avrodan çox vəsait ayırıb – Səfir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsində
qlobal bağlantı və rəqəmsal transformasiyaya 306 milyard avrodan
çox vəsait ayırıb.

Trend xəbər
verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski bu gün
Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında
(WTDC-25) deyib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi dünyanı ictimai və özəl
investisiyalar vasitəsilə birləşdirmək, ağıllı və təhlükəsiz qlobal
əlaqələr yaratmaqdır:




“AB rəqəmsal transformasiyanı 2030 gündəliyi və davamlı inkişaf
məqsədlərinə nail olmaq üçün vacib sayır. Eyni zamanda iqlim
dəyişikliyi ilə mübarizə və davamlı inkişaf üçün insan hüquqlarına
əsaslanan etik və dayanıqlı rəqəmsal ekosistemin yaradılmasını
dəstəkləyir”.

Səfir vurğulayıb ki, Avropa İttifaqı bərabərlik, inklüzivlik və
universal çıxış imkanlarının təmin edilməsini prioritet hesab
edir:

“Təşəbbüs çərçivəsində hələ də internetə çıxışı olmayan 2,6
milyard insanın əlaqəyə çıxarılması üçün peyk sistemlərindən və
fiber-optik xətlərdən istifadə təşviq olunur”.