
Bakı. Trend:
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində
2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə
xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq
həyatını itirib.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən
2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.


