4 min ton maye qaz daşıyan Türkiyə gəmisi Odessada vurulub

Baş səhifə

Bakı.Trend:

4 min tonluq yük daşıyan türk gəmisi vurulub.

Trend Türkiyə
mediasına istinadən xəbər verir ki, Ukraynanın Odessa bölgəsindəki
İzmail Limanında dayanmış, təxminən 4 min ton maye qaz daşıyan türk
gəmisi “ORINDA” zərbə alıb. Hadisə nəticəsində yanğın başlayıb.




Rumıniyanın Plauru kəndinin sakinləri isə hücumdan sonra
alovlanan gəmidə partlayış təhlükəsi yarandığı üçün təxliyə
edilib.

Dənizçilik Baş İdarəsinin açıqlamasına görə, Türkiyə bayrağı
altında üzən və heyətində 16 türk dənizçisi olan “ORINDA” adlı
gəmiyə Ukraynanın İzmail Limanında boşaltma zamanı zərbə dəymiş və
yanğın baş verib. Heyət üzvləri gəmini təhlükəsiz şəkildə tərk
etib. Hadisə nəticəsində xəsarət alan yoxdur.