Albaniya Avropa İttifaqına üzvlük prosesinin sonuncu mərhələsi üzrə danışıqlara başlayıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı və Albaniya bu ölkənin Aİ-yə qəbul prosesi
çərçivəsində 16 ildir davam edən sonuncu – beşinci mərhələsinə aid
danışıqlara başlayıblar.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropanın genişlənmə məsələləri
üzrə avrokomissarı Marta Kos Albaniyanın baş naziri Edi Rama ilə
keçirdiyi mətbuat konfransında deyib.




Bundan əvvəl Avropa Komissiyası Albaniyanın Aİ-yə üzvlüyü ilə
bağlı danışıqları 2027-ci ilin sonunadək tamamlamağa niyyətli
olduğunu açıqlamışdı.

Albaniya Aİ-yə üzvlük prosesinə 2009-cu ildə başlayıb, onun
qəbuluna dair danışıqlar isə 2010-cu ildə başlanıb. Proses beş
klaster üzrə birləşdirilmiş 33 danışıqlar bölməsinə ayrılıb. Bu
bölmələr ölkənin həyatının bütün sahələrini əhatə edir və həmin
istiqamətlər üzrə milli qanunvericiliyin Avropa İttifaqının
qanunvericiliyi ilə tam uyğunlaşdırılması tələb olunur.