Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ)
Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana
Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə
edib.

Trend xəbər verir ki, bu
barədə iqtisadiyyat naziri “X” sosial şəbəkə hesabında paylaşım
edib.




“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri
səfir Mariana Kuyundžić ilə Aİ-Azərbaycan tərəfdaşlıq
prioritetlərini müzakirə etdik. Ölkənin strateji inkişaf məqsədləri
və 2024-cü il üçün Aİ-nin Azərbaycan üçün Maliyyələşdirmə Sazişi
ilə bağlı fikirlərimizi bölüşdük”, – nazir əlavə edib.

Qeyd olunur ki, birgə fəaliyyətlər çərçivəsində ticarət, enerji,
nəqliyyat, infrastruktur və rəqəmsallaşdırma sahələrində
əməkdaşlığın şaxələndirilməsi üçün təşəbbüslər və imkanlar
vurğulanıb.