Gürcüstanda Aİ-nin tövsiyəsi ilə yaradılan qurum ləğv olunur

Baş səhifə

Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosu ləğv olunacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.

Onun sözlərinə görə, qurum 2026-cı ilin martın 2-dən etibarən fəaliyyətini dayandıracaq.

Spiker vurğulayıb ki, büronun funksiyalarını Dövlət Audit Xidməti həyata keçirəcək.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Bürosu Avropa İttifaqının tövsiyəsi əsasında 2022-ci ildə yaradılıb. Qurum dövlət qulluqçuları, partiya və QHT-lərin bəyannamələrini yoxlayır.