Abşeronda şirniyyat sexində kişinin əli aparatda qalıb

Baş səhifə
Abşeronda şirniyyat sexində kişinin əli aparatda qalıb

Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində orada işləyən qəsəbə sakini 1980-ci il təv. Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalmışdır.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.