Bakı. Trend:
Ekvadorun mərkəzində avtobusun qəzaya uğraması nəticəsində azı
12 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Trend xəbər verir
ki, məlumatı ölkənin Risklərin İdarə Edilməsi Departamenti
açıqlayıb.
Departamentin məlumatına görə, Simiatuq qraflığında baş verən
qəza zamanı nəqliyyat vasitəsi yoldan çıxaraq dərin dərəyə
yuvarlanıb. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Məlumatı “Expreso” qəzeti yayıb.

