Çexiyada bu il beşinci böyük quş qripi epidemiyası qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Baytarlar Çexiyada bu il beşinci böyük quş qripi epidemiyasının
baş verdiyini təsdiqləyiblər.

Trend-in ČTK-ya
istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı Blatna
şəhərində yerləşən quşçuluq fermasında yüksək patogenli H5N1 quş
qripi virusu aşkar edilib.




Ferma daxilində saxlanılan təxminən 2500 ev ördəyi məhv
ediləcək. Qeyd olunur ki, təsərrüfat əvvəllər də oxşar epidemiya
ilə üzləşib. 2017-ci ildə quş qripi səbəbindən təxminən 27.000
ördək və 60.000 yumurta məhv edilib.

2025-ci il ərzində Çexiyada beş böyük quşçuluq fermasında quş
qripi aşkarlanıb. Təkcə bu həftə dörd iri yoluxma halı qeydə
alınıb. Ümumilikdə 70 mindən çox quş məhv edilib və məhv edilməsi
planlaşdırılır.