“Z nəsli” etiraza qalxdı –

Baş səhifə

Meksikanın paytaxtı Mexiko şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında ciddi qarşıdurmalar baş verib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı paytaxtın ictimai təhlükəsizlik katibi Pablo Vaskes Kamaço mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 100-dən çox polis xəsarət alıb. 60 polisə yüngül tibbi yardım yerində göstərilib, daha 40 əməkdaş isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Z nəsli” şüarı altında keçirilən bu aksiyalar ölkə üzrə sürətlə artan cinayətkarlığa etiraz məqsədi daşıyır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.