Bakı. Trend:
“Parma” əsas qapıçısı Dzion Suzuki zədələndikdən sonra yeni
qolkiper transfer etmək istəyir.
Trend xəbər verir ki, İtaliya
klubuna son üç mövsümdə “Tottenhem”də çıxış etmiş ingilis qapıçısı
Freyzer Forsterin namizədliyi təklif olunub. Bu barədə insayder
Nikolo Skira məlumat yayıb.
37 yaşlı “əlcək sahibi” hazırda azad agent statusundadır. Bu da
onun mümkün transferini hüquqi və maliyyə baxımından maksimum
dərəcədə sadələşdirir. Təcrübəli qapıçı yayda “Tottenhem”dən
ayrılıb.
“Parma” Suzukinin itkisi fonunda təcili güclənməyə ehtiyac
duyduğu üçün transfer bazarını aktiv araşdırır. Daha əvvəl klubun
əsas namizədinin ukraynalı Andrey Lunin olduğu bildirilsə də,
“Real” icarə təklifini rədd etmişdi.

