
Vaşinqton hesab edir ki, Ukraynadakı münaqişənin həlli yalnız sülhün təmin edilməsi ilə mümkündür.
APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan edib.
O, Newsmax telekanalına müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp da eyni mövqeni bölüşür.
“Əmin olaraq deyə bilərəm ki, Prezident Trampın da inandığı kimi, sülh irəliyə aparan yeganə real yoldur”, — deyə Uitaker vurğulayıb.


