Bakı. Trend:
Kolumbiya və İsveç 4,4 milyard dollar dəyərində 17 “Saab Gripen”
qırıcı təyyarəsinin alınması barədə saziş imzalayıb.
Trend xəbər verir
ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro açıqlayıb.
Prezident bildirib ki, Kolumbiya Müdafiə Nazirliyi ilə İsveçin
Saab şirkəti arasında 16,5 trilyon peso (təxminən 4,4 milyard ABŞ
dolları) dəyərində olan müqavilə yekunlaşmaq üzrədir və ölkəyə 17
yeni Gripen təyyarəsi gətiriləcək.
Kolumbiya bu yeni təyyarələri 35 il əvvəl əldə etdiyi İsrailin
“Kfir” qırıcılarını əvəz etmək üçün alır. 22 köhnəlmiş təyyarəyə
texniki qulluq 2024-cü ilin mayında Qəzza zolağındakı hərbi
əməliyyatdan sonra Boqotanın İsraillə diplomatik əlaqələrini
kəsməsi səbəbindən daha da çətinləşmişdi.

