Bakıda jurnalist Emin İbrahimovla vida mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyədə baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olan
tanınmış azərbaycanlı jurnalist və “Euronews” müxbiri Emin
İbrahimovla vida mərasimi keçirilib.

Trend-in
məlumatına görə, mərasim Təzə Pir məscidində baş tutub.

Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün çoxsaylı media
nümayəndələri, dostları, ictimai xadimlər və paytaxt sakinləri
iştirak edib. Vida mərasimi böyük izdihamla müşayiət olunub.




Emin İbrahimov Azərbaycan jurnalistikasının ən görkəmli
simalarından biri kimi tanınırdı. Onun reportajları, xüsusilə də
2020-ci il Vətən Müharibəsi dövründə hazırladığı materiallar
peşəkarlığı, obyektivliyi və fədakarlığı ilə geniş rəğbət
qazanmışdı.

Redaksiya Emin İbrahimovun ailəsinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir.