Bakı. Trend:
Stokholmun mərkəzində, Valhallavagen ərazisində ikimərtəbəli
avtobusun dayanacağa çırpılması nəticəsində 3 nəfər həyatını
itirib, bir neçə şəxs yaralanıb.
Trend xəbər verir
ki, məlumatı “Expressen” qəzeti yayıb. Polis avtobusun sürücüsünü
saxlayıb. Yaralanan 5 nəfərdən ikisinin təcili tibbi yardım maşını
ilə xəstəxanaya aparıldığı bildirilib.
İlkin məlumata görə, qəzanın səbəbi sürücüdə hüquq-mühafizə
orqanlarının açıqlamadığı bir xəstəlik olub. Hadisə yerində çoxlu
sayda polis, təcili yardım briqadaları və xilasedicilər
çalışır.

