Növbəti depozit hərracı keçirilib

Baş səhifə

Bakı. Trend:

Noyabrın 14-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi
tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə
olunması məqsədilə xəzinə hesabının milli valyutada olan
vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti
depozit hərracı təşkil edilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.




Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 550,0 milyon
manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği
səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç
bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə
depozitə yerləşdirilib.