Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-dən çox artıb

Baş səhifə
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 830 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox investisiya yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 6 % artıb.

İstifadə olunmuş investisiyanın 7499,8 milyon manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 4863,3 milyon manatı (32,8 faizi) xidmət sahələrinə, 2466,9 milyon manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 11486,5 milyon manatını və ya 77,5 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 11493,8 milyon manatı və ya 77,5 faizi bilavasitə tikintiquraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.