Bakı. Trend:
Payız yağışlarının kəskin azalması nəticəsində ölkənin su
anbarlarının təxminən 67 %-i boşalıb və ya tutumu çox aşağı
səviyyəyə enib.
Trend xəbər
verir ki, İran Milli Su və Kanalizasiya İdarəsinin baş direktoru
Ali Seyedzadənin sözlərinə görə, 31 əyalətdən təxminən 20-nə
sentyabrın sonundan bu yana yağış yağmayıb və bu, ölkədə su
təminatı üçün son dərəcə narahatedici vəziyyət yaradıb.
O bildirib ki, payız-qış dövrü üçün nəzərdə tutulmuş yağışların
olması gözlənilirdi, lakin hazırkı səviyyə uzunmüddətli normadan
təxminən 77 % azdır.

