“Yandex Cloud” bulud sistemi Ukraynada qadağan olunub

Baş səhifə

Bakı. Trend:

Ukrayna hökuməti faylların virtual məkanda saxlanılmasını təmin
edən “Yandex Cloud” bulud platformasını bloklayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət Nazirliyi
nəzdində Strateji Kommunikasiyalar Mərkəzi məlumat yayıb.




“Rusiyayönümlü resursların yerləşdirilməsi üçün istifadə olunan
“Yandex Cloud” IP-ünvanına girişi blokladıq”, -deyə məlumatda qeyd
olunur.

Bulud platforması ilə yanaşı Kiyevin eyni zamanda 120 Rusiya və
xarici saytı, eləcə də platformaya girişi məhdudlaşdırdığı
bildirilir. Onların arasında Rusiya nəşrləri satan onlayn kitab
mağazaları da yer alır.