Sudandakı toqquşmalar amansız və insanlıqdan kənardır – BMT

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə baş
katibinin müavini və Təcili Yardım Koordinatori Tom Fleçer Sudanda
davam edən silahlı qarşıdurmaları “amansız və insanlıqdan kənar”
adlandırıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, həftəlik səfər çərçivəsində ölkədə
vəziyyəti yerində qiymətləndirən Fleçer münaqişədə sağ qala bilən
insanlar xüsusi müdafiəyə və fasiləsiz humanitar yardıma ehtiyac
duyduyuğunu bildirib.




Qeyd edək ki, Sudan 15 aprel 2023-cü ildən bəri ordu ilə xarici
dəstəkli Çevik Dəstək Qüvvələri arasında şiddətli döyüşlərin
mərkəzinə çevrilib.

Ölkənin qərbində yerləşən və strateji əhəmiyyət daşıyan Faşir
şəhəri son döyüşlərdən sonra əsasən ÇDQ-nin nəzarətinə keçib.
Minlərlə insan döyüş zonasını tərk etməyə məcbur olub.