Nərimanov rayonunda mənzildə meyit aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli
Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.

“Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib”,-qurumdan əlavə edilib.