Azərbaycanda 10 ayda verilmiş “ASAN İmza” sertifikatlarının sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr ayları ərzində ümumilikdə 275.862
müraciət üzrə 424.853 “Asan İmza” sertifikatı verilib.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.




Eyni zamanda bildirilib ki, bu ilin yanvar – oktyabr ayları
ərzində vergi ödəyicilərindən daxil olmuş 28,1 mindən çox yazılı
müraciət cavablandırılıb, onlara 20,3 milyona yaxın məlumatlandırma
xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr
ərzində 3.398 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib,
4.488 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Qeyd edilib ki, vergi ödəyicilərinin preventiv
məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon
549 minə yaxın SMS göndərilib.