Bakı. Trend:
Londonda elektrik avtomobillərinə tətbiq olunan güzəştlər ləğv
edilir.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə London meri Sadıq Xan
bildirib.
O, elektrik nəqliyyat vasitələri üçün mövcud güzəştləri ləğv
edərək yeni mərhələli tarif sisteminə keçid edəcəyini
açıqlayıb.
“Elektrik avtomobili sahibləri paytaxtda hər gün sürmək üçün
13,50 funt sterlinq, elektrik furqon və yük maşınları isə 9 funt
sterlinq ödəməli olacaqlar. Bununla yanaşı, elektrik olmayan
avtomobillər üçün tıxac rüsumu 2026-cı il yanvarın 2-dən etibarən
18 funt olacaq”, – mer əlavə edib.

