
Bakı. Trend:
Noyabrın 12-nə keçən gecə başlayan maqnit qasırğası artıq
təxminən 36 saatdır ki, Yer planetində müşahidə olunur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Günəş astronomiyası və heliogeofiziki cihazqayırma laboratoriyası
məlumat yayıb.
Məlumata görə, maqnit qasırğası dünən təxminən səhər saat 4
radələrində başlayıb və G4,7 səviyyəsinə (bu ilin ən yüksək
göstəricisinə) çatıb. Hazırda təxminən 36 saatdır davam edir.
Qasırğanın günün sonuna kimi səngiyəcəyi gözlənilir.


