
Futbol üzrə Türkiyə yığma komandasının üzvü Hakan Çalhanoğlu İtaliyanın “İnter” komandası tərəfindən oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan yayılan açıqlamada bildirilib. Hakan Çalhanoğlunun azarkeşlərin səsi ilə birinci olduğu vurğulanıb.
Qeyd edək ki, ulduz futbolçu oktyabr ayı ərzində 4 qol vurub. Təcrübəli yarımmüdafiəçi UEFA Çempionlar Liqası çərçivəsində “Union Saint-Gilloise” ilə qarşılaşmada bir dəfə fərqlənib. O, “Napoli”nin qapısından 1, “Fiorentina”nın qapısından 2 top keçirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


