Bir gün “DW Russian”da da hazırda BBC-də olduğu kimi qalmaqal olacaq
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “X” hesabında yazıb.
O qeyd edib ki, “DW Russian”da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər:
“Əminəm ki, bir gün “DW Russian”da da hazırda BBC-də olduğu kimi bir qalmaqal olacaq. Ermənistanda revanşist VOMA adlı yarımhərbi qurumunu “müdafiə təşkilatı” kimi tanıtmağın mənası nədir? Görünür, “DW Russian”da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər, çox qərəzli reportajlar hazırlayır, reallıqdan uzaq bir şəkildə Cənubi Qafqazda yalnız bir neçə marginal səsləri ön plana çıxarırlar”.
I’m sure one day will be a scandal at @dw_russian
, just like in @BBC right now. What is the point to promote notorious VOMA, revanshist paramilitary in Armenia as defence organization. Looks like few people at @dw_russian can’t find peace with peace between Armenia and…— Farid Shafiyev (@shafiyev_farid) November 13, 2025
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

