Avropa ölkələrində quş qripi sürətlə yayılan təhlükə yaradır

Baş səhifə

Bakı. Trend:

Avropada sürətlə yayılan quş qripi (H5N5) xəstəliyi
Lüksemburqdakı iri supermarket şəbəkələrini və onların təchizat
zəncirlərini ciddi sınaq qarşısında qoyub.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.




Məlumata görə, xüsusilə Milad və Yeni il bayramları ərəfəsində
artan tələbat fonunda yumurta və toyuq məhsullarının təminatında
çətinliklər müşahidə olunur.

Qeyd edək ki, hazırda quş qripi xəstəliyi Avropa İttifaqına üzv
olan azı 15 ölkədə qeydə alınıb. Bu səbəbdən Almaniyada təxminən 1
milyon, Danimarkada 430 min, Belçikada azı 70 min quş məhv edilib.
Fransada quşlara kütləvi şəkildə vaksin vurulur. Niderlandda
regional məhdudiyyətlər tətbiq olunub.