
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, onun ölkəsi son illərdə, xüsusilə Avropa İttifaqına inteqrasiya kontekstində müşahidə olunan tənqid və mənfi münasibətə layiq deyil.
“Report”un yerli KİV-ə istinadən xəbər verir ki, o bunu jurnalistlər qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xarici təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti ölkənin inkişafına, sabit gələcəyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş kursa sadiq qalır.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


