Tailand Kambocadan rəsmi üzrxahlıq tələb edib

Baş səhifə

Bakı. Trend:

Tailand hökuməti Kambocadan rəsmi qaydada üzrxahlıq tələb
edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir tələb Tailandın xarici işlər
nazirliyi tərəfindən irəli sürülüb.

Rəsmi Banqkok Kamboca ordusunu sərhəddə yeni minalar
yerləşdirməkdə ittiham edib.




İddiayaya görə, bazar ertəsi belə minalardan biri partlayaraq
patrulda olan bir Tailand əsgərinin ağır yaralanması ilə
nəticələnib.

Kamboca isə yeni minaların yerləşdirilməsi barədə ittihamları
rədd edib. Hadisə iki ölkə arasındakı mübahisəli ərazilər boyunca
gərginliyi yenidən alovlandırıb.

Xatırladaq ki, iyun ayında ölkələr arasında beş gün ərzində
davam etdmiş silahlı toqquşmalarda ən azı 48 nəfər həlak olmuş,
təxminən 300 min nəfər müvəqqəti olaraq evlərini tərk etməyə məcbur
qalmışdı.