Beynəlxalq Enerji Agentliyi: Bərpa olunan enerji ən sürətlə inkişaf edən mənbə olacaq

Baş səhifə

Elektrik enerjisi dövründə enerji təhlükəsizliyi üçün əsas məsələlərdən biri yeni şəbəkələrin, enerji saxlama sistemlərinin və enerji sistemlərinin çevikliyini təmin edən digər mənbələrin nə qədər sürətlə yaradılmasıdır.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin “Dünya Enerji Mənzərəsi – 2025” (World Energy Outlook – 2025, WEO-2025) hesabatına istinadən xəbər verilir.

“Hazırda bu elementlərin bəziləri geridə qalır. Elektrik istehsalına qoyulan sərmayələr 2015-ci ildən bəri təxminən 70% artıb, lakin illik şəbəkə xərcləri bunun yarısından da az sürətlə yüksəlib,” – hesabatda qeyd olunur.

Müxtəlif WEO-2025 ssenariləri arasında artım tempi fərqlənsə də, bütün ssenarilərdə bərpa olunan enerji – xüsusilə günəş fotoelektrik enerjisi (PV) – ən sürətlə inkişaf edən mənbə olaraq qalır. 2035-ci il üçün qlobal enerji tələbatının artımının 80%-i yüksək günəş radiasiyasına malik bölgələrdə baş verəcək.

Hesabatın bütün ssenarilərin ortaq cəhətlərindən biri də nüvə enerjisinin yenidən yüksəlişidir – həm ənənəvi iri miqyaslı stansiyalara, həm də kiçik modul reaktorlar kimi yeni texnologiyalara investisiyalar artır. İki onillikdən çox durğunluqdan sonra qlobal nüvə enerjisi gücü 2035-ci il üçün ən azı üçdə bir artacaq.