Qırğızıstan 2030-cu ilə qədər KOB inkişafına dəstək proqramını hazırlayır

Baş səhifə

Bakı. Trend:

Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi 2030-cu ilə
qədər Kiçik və Orta Biznesin İnkişafına Dəstək Proqramını
hazırlayır.

Trend xəbər verir
ki, bunu Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət
Nazirliyinin biznes mühiti siyasəti departamentinin sahibkarlığın
inkişafı şöbəsinin aparıcı mütəxəssisi Akim Nəsirov “Asiyada Kiçik
və Orta Biznesin Monitorinqi 2025” (ASM 2025) adlı hesabatının
Bakıdakı təqdimatı zamanı bildirib.

“Bu gün, qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən
çağırışlar şəraitində, iqtisadiyyatın dayağı sayılan KOB birgə və
əlaqələndirilmiş addımların atılmasını tələb edən yeni
çətinliklərlə üzləşir.




Qırğızıstanda məşğulluğun 80 faizindən çox, ölkə ÜDM-nin isə 40
faizindən çoxu məhz KOB payına düşür,” –deyə o bildirib.

Onun sözlərinə görə, inklüziv və dayanıqlı iqtisadi inkişaf üçün
sabitlik və artım böyük önəm kəsb edir.