RSV qrip və COVID-19 qədər təhlükəli ola bilər

Baş səhifə

Bakı. Trend:

İnsan tənəffüs sinsitial virusu (RSV) qrip və COVID-19 qədər
ciddi ola bilər.

Trend-in Sinqapur
Baş Xəstəxanasının mətbuat xidmətinə istinadən verdiyi məlumata
görə, bu nəticəyə Sinqapurlu alimlər gəliblər.




Tədqiqatçılar xəstəliyin şiddətini, ürək ağırlaşmaları riskini
və infeksiyanın uzunmüddətli nəticələrini qiymətləndirən üç
tədqiqat aparıblar. Müəlliflərdən biri İan Vi bildirib ki, RSV-yə
yoluxanların 5-10%-i qripəbənzər simptomlar yaşayır.

Alimlərin hesablamalarına görə, RSV-dən ölüm nisbəti təxminən 5%
təşkil edir. Bu, hər 20 xəstədən birinin infeksiya nəticəsində
həyatını itirə biləcəyi deməkdir. Beləliklə, RSV-nin ölüm
göstəricisi qripdən yüksək, xəstəliyin şiddəti isə COVID-19 ilə
müqayisə edilə bilər.