“Dongfeng” 007 liftbek modelinin yeni elektrik-hibrid versiyasını sertifikatlaşdırıb

Baş səhifə

Bakı. Trend:

“Dongfeng” şirkəti artıq satışda olan 007 liftbek modelinin yeni
versiyasını sertifikatlaşdırıb.

Trend xəbər verir
ki, bu barədə “CarNewsChina” məlumat yayıb.




Yeni elektrik-hibrid versiyada hər təkərə ayrıca mühərrik
qoşulub. Hər təkər SAIC tərəfindən hazırlanmış elektrik mühərriki
ilə təchiz olunub və hər biri 100 kVt (136 at gücü) istehsal edir.
Nəticədə avtomobilin ümumi gücü 544 at gücünə çatır.

Məlumata görə, bu versiya bazara çıxdığı təqdirdə, 007 təkcə
Çində deyil, həm də dünyada hər təkərində ayrıca mühərrik olan ilk
kütləvi istehsal olunan elektrik avtomobili olacaq.