Bakı. Trend:
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı
Qüvvələrinə məxsus “C-1302” təyyarəsinin Gürcüstan ərazisində
qəzaya uğradığı Sqinaxi bölgəsinə gedib.
Trend xəbər verir
ki, nazir bu barədə “X” sosial platformasında paylaşım edib.
Ali Yerlikaya təyyarənin qəzaya uğradığı ərazidə aparılan
axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb. Türkiyə tərəfi
hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə
qrupu və pilotsuz uçan aparatları göndərib.

