Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qalıqları tapılıb – Ali Yerlikaya

Baş səhifə

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstanlı həmkarı
Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan
“C-130” hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını
açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə Ali Yerlikaya “X” hesabında paylaşım edib.




O yazıb: “Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə
müntəzəm danışıqları davam etdirirəm.

O, ‘C-130’ hərbi yük təyyarəmizin qalıqlarının saat 17
radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam
etdiyini bildirib.”