Bakı. Trend:
Çeçenistanın İşxoy-Yurt kəndində dəfn mərasimi zamanı bədbəxt
hadisə yaşanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, dəfn mərasimini izləmək üçün şəxsi evlərdən
birinin eyvanına çox sayda insan yığılıb və konstruksiya artıq
çəkiyə tab gətirməyərək çöküb.
Hadisə nəticəsində 20 nəfərin müxtəlif dərəcəli bədən
xəsarətləri ilə xəstxanaya yerləşdirildiyi bildirilir.
Hadisənin təfərrüatları açıqlanmır.

