Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarının ilk günlərində uğurlu çıxışları ilə yadda qalıb.
“Report” xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
“Bu gün möhtəşəm bir qələbənin şahidi olduq. Azərbaycan cüdoçuları komanda hesabında çempion oldular, Özbəkistan kollektivinə 4:0 hesabı ilə qalib gəldilər. Ölkəmizdə cüdonun inkişafı bizə beynəlxalq yarışlarda yüksək yer tutmağa kömək edir”, – MOK rəsmisi deyib.
O, qeyd edib ki, güləş və idmanın digər başqa növlərində də idmançıların uğurla çıxış edəcəyinə əmindir:
“Ümid edirəm ki, Azərbaycan idmançıları bütün yarışlarda üstünlük qazanacaqlar”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

