Bakı. Trend:
Bakının Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat
qəzası baş verib və vətəndaş avtomobildə köməksiz vəziyyətdə
qalıb.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 112” qaynar telefon xəttinə daxil olan məlumatla
əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “MERCEDES” markalı minik avtomobilinin idarəetməni
itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və
avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə
deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il
təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi
yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

