Günəşdə güclü partlayış qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Bu gün Günəşdə ən yüksək kateqoriyalardan olan X1.2 səviyyəli
partlayış baş verib.

Trend xəbər
verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika
İnstitutu məlumat yayıb.




Qeyd edilib ki, bu tip partlayışlar radioəlaqədə qısamüddətli
pozuntulara və yerin maqnit sahəsində dəyişikliklərə səbəb ola
bilər.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə
beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer
orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun
gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.