Bakı. Trend:
Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən
hissəsində “VAZ-2107” markalı avtomobil sürücüsü 23 yaşlı Xaçmaz
rayon sakini Mehtiyev Şahbala Asəf oğlu idarəetməni itirərək yol
kənarında olan ağaca çırpılıb.
Trend
xəbər verir ki, avtomobilin sürücüsü hadisə yerində ölüb.
Sərnişini Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli
bədən xəsarətləri ilə Quba RMX-a yerləşdirilib.
Araşdırma aparılır.

