
Qubada avtomobili ağaca çırpılıb.
“Report” un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, toy karvanında olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağli araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


