“Qalatasaray”dan şok məğlubiyyət – VİDEO

Baş səhifə

Türkiyə Super Liqasının 12-ci turunda “Kocaelispor” öz meydanında “Qalatasaray”ı qəbul edib. 

Modern.az xəbər verir ki, qarşılaşma 1:0 meydan sahiblərinin xeyrinə yekunlaşıb. Matçın 45-ci dəqiqəsində Daniyel Aqyei matçın yeganə qolunun müəllifi olub. Beləliklə, sarı-qırmızılılar bu mövsüm liqada ilk dəfə uduzub. 

Qeyd edək ki, hazırda “Qalatasaray” 29 xalla 1-ci, “Kocaelispor” isə 14 xalla 11-ci pillədə qərarlaşıb.